Yuxarı

Tərtər sakini arvadını və qaynanasını baltalayıb

Faktla bağlı araşdırmalara başlanılıb

Tərtər. 4 avqust. REPORT.AZ/ Tərtər şəhər sakini arvadını və qaynanasını baltalayıb. "Report" xəbər verir ki, avqustun 3-də Tərtər şəhərində yaşayan Tofiq Məmmədov evində ailə münaqişəsi zəminində arvadı Məhsəti Səmədovanın və qaynanası Səfurə Quliyevanın baş nahiyələrinə balta ilə xəsarət yetirib.

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Məmmədov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi