Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
2 May , 2019 10:45
Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb.

Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Tərtər RPŞ-də araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi