Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib

Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib Bakı. 13 iyul. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.
Hadisə
149
13 İyul , 2018 13:36
Terrorçuluğa çağırış edən şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib

Bakı. 13 iyul. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.

Hüquq mühafizə orqanlarından "Report"a verilən məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa veriliblər.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi