Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdəki əmlakların müsadirə edilməsinə başlanılıb

Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdəki əmlakların müsadirə edilməsinə başlanılıb “Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb".
Hadisə
24 Yanvar , 2022 11:52
Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdəki əmlakların müsadirə edilməsinə başlanılıb

“Təqsirləndirilən şəxslərə məxsus xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi prosesinə başlanılıb".

"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, ötən il xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkarlanması və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyənləşdirilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

“Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb”, - Baş prokuror vurğulayıb.

Son xəbərlər

Orphus sistemi