Yuxarı
    Bağlamaq

    "Təmiz Şəhər" ASC-nin çeşidləmə zavodunda silah-sursat tapılıb - FOTO

    Tapılan silah-sursatın hamısı döyüşə yararlıdır

    Bakı. 3 sentyabr. REPORT.AZ/ "Təmiz Şəhər" ASC-nin çeşidləmə zavodunda məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat tapılıb. "Report" xəbər verir ki, çeşidləmə zavodunda bir "Makarov" tipli qaz tapançası, "Valter" markalı tapança, 7.62 mm kalibrli patronlar, iki avtomat darağı, iki "RQD-5" əl qumbarası, "Makarov" və "TT" markalı tapançalara aid patronlar aşkarlanıb.

    Tapılan silah-sursat hüquq-mühafizə orqanlarına təhvil veriləcək.

    Tapılan silah-sursatın hamısı döyüşə yararlıdır.

    Qeyd edək ki, zavod məişət tullantılarının çeşidlənməsi və yararsız materialların məhv edilməsi ilə məşğuldur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi