Yevlaxda Telekommunikasiya Qovşağına məxsus kabeli kəsərək oğurlayan şəxs tutulub

Yevlaxda Telekommunikasiya Qovşağına məxsus kabeli kəsərək oğurlayan şəxs tutulub Azər Quliyev həmkəndlisinin sexindən də oğurluq edib
Hadisə
21 Aprel , 2016 12:58
Yevlaxda Telekommunikasiya Qovşağına məxsus kabeli kəsərək oğurlayan şəxs tutulub

Bakı. 21 aprel. REPORT.AZ/ Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-na keçən gecə Qoyunbinəsi kəndində rayon Telekommunikasiya Qovşağına məxsus kabelin 100 metrlik hissəsini kəsərək oğurlayan kənd sakini Azər Quliyev tutulmuşdur. 

"Report" xəbər verir ki, aparılan əməliyyat tədbirləri ilə A.Quliyevin aprelin 20-nə keçən gecə həmkəndlisi Famil Xəlilova məxsus qaynaq sexindən qapının qıfılını sındırmaq yolu ilə təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi