Tələbələrə viza düzəldəcəklərini vəd edən şəxslərin şikayətinə baxılıb

Tələbələrə viza düzəldəcəklərini vəd edən şəxslərin şikayətinə baxılıb Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nadir Vəliyev və Elnur Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
23 Mart , 2019 18:05
Tələbələrə viza düzəldəcəklərini vəd edən şəxslərin şikayətinə baxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nadir Vəliyev Elnur Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Vəliyev və zərərçəkmişin şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, N.Vəliyev tanışı E.Babayevlə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə Turxan Təhməzovun etibarından sui-istifadə edib, 6 nəfər tələbənin xarici ölkələrdə təhsil alması üçün viza düzəldəcəyini vəd verib. Onlar həmin şəxsdən 2017-ci ildə müxtəlif vaxtlarda hisssə-hissə, ümumilikdə, 19 300 manat pul alıblar. Daha sonra N.Vəliyevlə E.Babayev verdikləri vədə əməl etməyiblər.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə N.Vəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Babayev isə 2500 manat miqdarında cərimə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan zərərçəkmiş T.Təhməzov apellyasiya şikayəti verib, hökmün qismən ləğv edilərək məhkum N.Vəliyev barəsində daha ağır cəza təyin edilməsini, N.Vəliyev isə hökmün dəyişdirilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi