Daşkəsəndə məktəbdə 20 min manatdan artıq pul mənimsənilib, cinayət işi başlanılıb

Daşkəsəndə məktəbdə 20 min manatdan artıq pul mənimsənilib, cinayət işi başlanılıb Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Hadisə
22 May , 2024 15:12
Daşkəsəndə məktəbdə 20 min manatdan artıq pul mənimsənilib, cinayət işi başlanılıb

Daşkəsəndə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə 20 min manatdan artıq pul vəsaiti mənimsənilib.

Bu barədə "Report"a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi