Tədris Mərkəzi rəhbərinin məhkəməsi başlayıb

Tədris Mərkəzi rəhbərinin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
28 Mart , 2019 11:07
Tədris Mərkəzi rəhbərinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, "Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.

Məlumata görə, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E.Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.

Cinayət işində 77 zərərçəkmiş var. 

Son xəbərlər

Orphus sistemi