Təcridxanaya qəbul edilən məhkumdan narkotik aşkarlandı

Təcridxanaya qəbul edilən məhkumdan narkotik aşkarlandı Ədliyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
1238
11 Sentyabr , 2020 11:14
Təcridxanaya qəbul edilən məhkumdan narkotik aşkarlandı

Ədliyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə “Report”a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1, 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhkum edilən məhkum İbrahimov Mətləb Namiq oğlu təcridxanaya qəbul olunarkən onun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində olan kibrit qutusunun içərisində ümumi çəkisi 0,133 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi