"Təbrik" şadlıq sarayında müştərini bıçaqlayan ofisiantın ibtidai istintaqı başa çatıb

"Təbrik" şadlıq sarayında müştərini bıçaqlayan ofisiantın ibtidai istintaqı başa çatıb Bakıda restoranda müştərini bıçaqlamaqda təqsirləndirilən Elşən Seyidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
21 May , 2019 09:47
Təbrik şadlıq sarayında müştərini bıçaqlayan ofisiantın ibtidai istintaqı başa çatıb

Bakıda restoranda müştərini bıçaqlamaqda təqsirləndirilən Elşən Seyidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakının Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü E.Seyidzadə 1981-ci il təvəllüdlü Rəcəb Muradovla mübahisə edib. Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi