TƏBİB: Şamaxıda ağır yol qəzasında altı nəfər xəsarət alıb

Hadisə
  • 13 avqust, 2025
  • 20:18
TƏBİB: Şamaxıda ağır yol qəzasında altı nəfər xəsarət alıb

2025-ci il 13 avqust tarixində, saat 13:00 radələrində Şamaxı rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində 3-ü qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, tibb müəssisəsində yaralılara sol bazu sümüyünün çoxqəlpəli sınığı, belin yumşaq toxumasının əzilməsi, sol diz oynağının yumşaq toxumasının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumaların hematoması, sol çiyin nahiyyəsinin yumşaq toxumasının əzilməsi və sifətin bəzi yerlərində sıyrıntılar diaqnozları təyin olunub.

Zəruri tibbi yardım göstərildikdən sonra 1973-cü il təvəllüdlü şəxs (qadın) ambulator müalicə üçün evə buraxılıb, 1979-cu il təvəllüdlü şəxs (qadın) KT müayinəsi üçün Qobustan Rayon Mərkəzi Xəstəxanasına göndərilib və 1983-cü il təvəllüdlü şəxs (qadın) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub.

Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti