Tbilisidə iki qardaşın sifarişli qətlinin qarşısı alınıb

Tbilisidə iki qardaşın sifarişli qətlinin qarşısı alınıb Tbilisidə iki qardaşın avtomobildə partladılaraq öldürülməsinin qarşısı alınıb.
Hadisə
30 Yanvar , 2020 12:23
Tbilisidə iki qardaşın sifarişli qətlinin qarşısı alınıb

Tbilisidə iki qardaşın avtomobildə partladılaraq öldürülməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Ukraynanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq nəticəsində qətli sifariş edən və plan hazırlayan 6 Gürcüstan, Xarkov şəhərində eyni cinayətlə əlaqəli olan 1 Ukrayna vətəndaşı saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Tbilisidə partlayıcı qurğudan istifadə etməklə iki qardaşın qətlini planlaşdırıblar. Bu məqsədlə qruplaşma odlu silah, kənardan idarə olunan partlayıcı qurğu və 1 kiloqram “Trotil” partladıcı maddə əldə edib.

Faktla bağlı istintaqı Gürcüstan DTX-nın Antiterror Mərkəzi aparır. Saxlanılan şəxsləri 16 ildən 20 ilədək və ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi