Tbilisi hava limanında Azərbaycan vətəndaşlarında qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb

Tbilisi hava limanında Azərbaycan vətəndaşlarında qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb Gürcüstanın Tbilisi beynəlxalq hava limanında ölkəyə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı iki faktın qarşısı alınıb.
Hadisə
4 Oktyabr , 2019 11:10
Tbilisi hava limanında Azərbaycan vətəndaşlarında qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb

Gürcüstanın Tbilisi beynəlxalq hava limanında ölkəyə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı iki faktın qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşlarına məxsus yüklərə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 18 ədəd mobil telefon və aksessuarlar aşkar olunub.

Malların ümumi gömrük dəyəri 50 395,35 lari təşkil edib.

Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi