Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 17 nəfərin adı məlum olub - FOTO - YENİLƏNİB-3

Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 17 nəfərin adı məlum olub - FOTO - YENİLƏNİB-3 Yaralılardan ikisinin vəziyyəti ağırdır
Hadisə
1 İyun , 2018 14:52
Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 17 nəfərin adı məlum olub - FOTO - YENİLƏNİB-3
Report
0 : 00
0 : 00

Hacıqabul. 1 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda qəzaya uğrayan Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan daha 17 nəfərin adı məlum olub. 

"Report"un Aran bürosu xəbər verir ki, onların hamısı Gürcüstan vətəndaşlarıdır. 

Yaralıların siyahısını təqdim edirik: 

1. Qvanca Makhabelli - 2000-ci il təvəllüd 

2. Orbalişvili Petri Qadiroviç sürücü - 1971-ci il təvəllüd

3. Anna Qavuaşvili - 1983-cü il təvəllüd

4. Tamar Okronidze - 1972-ci il təvəllüd

5. Georgi Okronidze. Tamar Okronidzenin oğlu

6. Mariam Datviaşvili - 1995-ci il təvəllüd

7. Muriya Şuşaşin - 2002-ci il təvəllüd

8. Timatin Dokaşvili - 1976-cı il təvəllüd

9. Kuridze Qoderedze - 1991-ci il təvəllüd

10. Eka Telberaşvili - 1976-cı il təvəllüd

11. Vano Bluaşvili - 2000-ci il təvəllüd

12. Niktlo Lovjanidze - 1975-ci il təvəllüd

13. Mariya Lovjanidze - 2000-ci il təvəllüd

14. Quli Şatanaşvili - 1964-cü il təvəllüd

15. Vaxtanq Datvirili - 2000-ci il təvəllüd

16. Tamta Şatanyaşvili - 2000-ci il təvəllüd

17. Sofiya iskoveradze - 1988-ci il təvəllüd

Şirvan Şəhər Xəstəxanasına xəsarət alan daha iki nəfər də gətirilib. 


*** 14:05 

Hacıqabul rayonunda Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6-nın adı məlum olub. 

"Report"un Aran bürosu xəbər verir ki, Gürcüstan vətəndaşı, 1971-ci il təvəllüdlü Orbalişvili Petri Qadiroviçin idarə etdiyi sərnişin avtobusu idarəetmədən çıxaraq "KamAZ"la toqquşub.

Nəticədə sürücü Petri Orbalişvili və avtobusda olan sərnişinlər - 2000-ci il təvəllüdlü Qvanca Makhabelli,  Anna Qavuaşvili, Tamar Okronidze, Georgi Okronidze və Mariam Datviaşvili müxtəlif dərəcəli xəsarətlər alıblar.


***12:58

Hacıqabul. 1 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda "Kamaz"la toqquşan nəqliyyat vasitəsi Tbilisi-Bakı sərnişin avtobusudur.

"Report"un yerli bürosu xəbər verir ki, Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralıların ümumi sayının 30-dək olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.


*** 12:33

Hacıqabul. 1 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda sərnişin avtobusu qəzaya düşüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə iki nəfər yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi