Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxsin kimliyi bəlli olub.
"Report"un Şimal bürosu xəbər verir ki, kanalda batan şəxs Siyəzən şəhər sakini, 1961-ci il təvəllüdlü Nazilə Bürcəli qızı İsmayılovadır.
Ailəsinin sözlərinə görə, N.İsmayılovanın kanalın Şabran rayonunun Ağbaş kəndindən keçən hissəsində suya düşdüyü ehtimal edilir.
Qeyd edək ki, ötən gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda qadının axtarışları davam etdirilir.