"TAVV Construction" şirkəti cərimələnib

"TAVV Construction" şirkəti cərimələnib Maliyyə Bazarlarına Nəzarət Palatası TAVV Construction MTK-nın inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.
Hadisə
23 Oktyabr , 2019 12:21
TAVV Construction şirkəti cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası "TAVV Construction" MTK-nın inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi protokola əsasən şirkəti 1200 ABŞ dolları məbləğində cərimələyib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Binəqədi Rayon Məhkəməsinin 20 may 2019-cu ildə verilmiş qərarından MMC-nin verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "TAVV Construction" böyük tikinti işləri həyata keçirən şirkətdir.

Son xəbərlər

Orphus sistemi