Yuxarı

Tanışını polisə düzəltmək adı ilə dələduzluq edən şəxslə bağlı qərar elan olunub

​Tanışını polisə düzəltmək adı ilə dələduzluq edən şəxslə bağlı qərar

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Asif Məmiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Məmiyevin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, A.Məmiyev 2017-ci ildə tanışı E.Şəfiyevin etibarından sui-istifadə edərək dələduzluq edib.

Belə ki, o, Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinə polis nəfəri vəzifəsinə işə qəbul etdirib, 6 ay işlədikdən sonra ona leytenant rütbəsi verdirib, zabit kimi işləyəcəyinə vəd verib. Daha sonra A.Məmiyev tanışını bu yolla aldadıb, ondan 5600 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

E.Şəfiyevin şikayəti əsasında saxlanılan A.Məmiyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi E.Məmiyevin şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, E.Məmiyev daha əvvəllər də məhkumluq həyatı yaşayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi