Yuxarı

​Tanışını bıçaqlayaraq öldürən şəxsə hökm oxunub

O, 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 25 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayaraq ölümünə səbəb olan Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əliyev tanışı Konstantin Atanadzeni bıçaqlayıb. Hadisə baş verən zaman hər iki şəxs sərxoş vəziyyətdə olub. Xəstəxanaya yerləşdirilən K.Atanadze orada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. A.Əliyev saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Təqsirləndirilən Arif Əliyev məhkəmədə ifadə verərək özünü qismən təqsirli bildiyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi