Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
4 Avqust , 2017 14:47
Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mübahisə etdiyi şəxsi bıçaqlamaqda təqsirləndirilən Nicat Əliyevin cinayət işi üztə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və N.Əliyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, N.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub. O, mübahisə etdiyi tanışını bıçaqlamaqda təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi