​Tanınmış vəkil və məşhur boksçunun “Türk Hava Yolları”na qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

​Tanınmış vəkil və məşhur boksçunun “Türk Hava Yolları”na qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb Hakim Aygün Abdullayevanın sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub
Hadisə
12 Aprel , 2016 15:42
​Tanınmış vəkil və məşhur boksçunun “Türk Hava Yolları”na qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Bakı. 12 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində vəkil Kamandar Nəsibov və “Baku Fires” boks klubunun üzvü Məhəmməd Qurbanovun “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Aygün Abdullayevanın sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, Xətai Rayon Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib. K.Nəsibov və Q.Məmmədova dəymiş ziyanla bağlı ödəniləcək məbləğ isə azaldılıb.

Qeyd edək ki, 2015-ci ildə vəkil K.Nəsibov “Baku Fires” boks klubunun hüquqşünası kimi, komandanın üzvü M.Qurbanovla birgə “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə ilə Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə turnirə gedirkən Braziliyanın San-Paulu şəhərinin aeroportuna eniş edib. Daha sonra həmin təyyarə İstanbula qayıdıb.

K.Nəsibov və M.Qurbanov “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyini məhkəməyə verib. Xətai Rayon Məhkəməsinə müraciət edən hər iki şəxs dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Belə ki, məhkəmə K.Nəsibova dəymiş 23 min 621 manat pulun 11 min 677 manatının, M.Qurbanova dəymiş 21 min 689 manat pulun 11 min 647 manatının aviaşirkət tərəfindən ödənilməsi barədə qərar çıxarıb. Qərardan narazı qalan iddiaçılar və cavabdeh qarşılıqlı apellyasiya şikayətləri veriblər. 

Son xəbərlər

Orphus sistemi