Ukraynalı "avtoritet" "Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub

Ukraynalı "avtoritet" "Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Hadisə
6 Yanvar , 2025 11:51
Ukraynalı avtoritet Oleq Bakinskinin məhkəməsinin vaxtı məlum olub
Oleq Krapivin ("Oleq Bakinski")

Ukraynalı kriminal "avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") cinayət işi üzrə məhkəmə prosesi başlayır.

"Report" xəbər verir ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.

"Oleq Bakinski" ilə bərabər, Ukrayna vətəndaşı Kuçer Konstantin Antonoviç də təqsirləndirilən şəxs qismində tanınıb.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.

İdarənin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi