Tanınmış şirkətin 15 min manat pulunu mənimsəməkdə təqsirləndirilən şəxs əməlini etiraf edib

Tanınmış şirkətin 15 min manat pulunu mənimsəməkdə təqsirləndirilən şəxs əməlini etiraf edib Məhkəmənin növbəti iclası mayın 17-nə təyin edilib
Hadisə
8 May , 2017 13:23
Tanınmış şirkətin 15 min manat pulunu mənimsəməkdə təqsirləndirilən şəxs əməlini etiraf edib

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Pərviz Camayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

P.Camayev elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, etdiyi əməli etiraf edib.

Məhkəmənin növbəti iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, P.Camayev "Atropatena" QSC-də satış meneceri vəzifəsində çalışıb. O, işlədiyi müddət ərzində şirkətin 14 min 850 manat məbləğində pulunu mənimsəmə yolu ilə ələ keçirib.

P.Camayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan P.Camayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi