Tanınmış şirkət Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Tanınmış şirkət Vergilər Nazirliyinin departamentini məhkəməyə verib Şikayət Bakı apellyasiya Məhkəməsində araşdırılır
Hadisə
21 İyul , 2018 14:13
Tanınmış şirkət Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Bakı. 21 iyul. REPORT.AZ/ "Luxe Home" MTK Vergilər Nazirliyi (VN) yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTK əsassız hesablanmış vergi faizinin ləğv edilməsi və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan VN-nin departamenti apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, "Luxe Home" MTK Azərbaycanda tanınmış çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkərlərdən biridir.

Son xəbərlər

Orphus sistemi