Tanınmış ekspert yağışla bağlı sürücülərə xəbərdarlıq edib

Tanınmış ekspert yağışla bağlı sürücülərə xəbərdarlıq edib “Uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir”
Hadisə
27 Sentyabr , 2017 16:07
Tanınmış ekspert yağışla bağlı sürücülərə xəbərdarlıq edib
Report.az

Bakı. 27 sentyabr. REPORT.AZ/ Tanınmış ekspert Ərşad Hüseynov Bakıda yağan yağışla bağlı sürücülərə xəbərdarlıq edib.

“Report”un xəbərinə görə, o bildirib ki, güclü yağış yağmasa da, hazırda yollarda vəziyyət təhlükəlidir: “Gur yağıntı yoxdur, əksər yerlərdə sadəcə yolun səthi islanıb. Bu vəziyyət çox ciddi bir təhlükəni gizlədir. Uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir. Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Nə qədər ki, gur yağıb, o sürüşkən təbəqəni yoldan yumayıb, diqqətli olmaq vacibdir, sərt manevr etmək olmaz, sürəti aşağı salmaq, ara məsafəsini bir az da artırmaq zəruridir”.

Ə.Hüseynov bu gün günortayadək, təxminən, bir saat müddətində Bakının küçələri ilə hərəkət edərkən 4 yol-nəqliyyat hadisəsinin şahidi olduğunu vurğulayıb: “İkisi Ziya Bünyadov prospektində idi. Şükür ki, hamısı sadəcə maddi ziyanlı qəzalar idi. Qəzaların dördündə də arxadakı nəqliyyat vasitəsi qarşıdakı avtomobilə çırpılmışdı”.

Son xəbərlər

Orphus sistemi