Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin ibtidai istintaqı başa çatıb

Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin ibtidai istintaqı başa çatıb Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul Məmmədov və Ramiq Hüsenzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
19 Yanvar , 2019 10:26
Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin ibtidai istintaqı başa çatıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul MəmmədovRamiq Hüsenzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, hadisə ötən il Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Qəsəbədə kirayədə yaşayan 22 yaşlı Rəsul Məmmədov otaq yoldaşı, 26 yaşlı Ramiq Hüseynzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.

Rəsul Məmmədov və Ramiq Hüseynzadə iki avtomobildən ümumilikdə 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar. Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi