Yuxarı

Bakıda taksi sürücüsünü bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda müştəri qismində mindiyi taksi sürücüsünü bıçaqlayan, daha sonra onun avtomobilini aparan şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və İdarənin 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də saat 24 radələrində, Ramana qəsəbəsində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Ramil Müseyibovə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nicat Rzaquliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi