Yuxarı

Bakıda taksi sürücüsünə və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı

taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq

Elvin Əliyev

Nəsimi rayonunda taksi sürücüsünə və aptekdə satıcıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Nəsimi Rayon Pois İdarəsinin (RPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər tutulublar. 

Məlumata görə, paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi “VAZ 21012” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Nəsimi RPİ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2 000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Hüseynov Vüsal tutularaq istintaqa təqdim edilib.

Vüsal Hüseynov

Qeyd edək ki, hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. E.Əliyev və V.Hüseynov əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi