Tailandda baş vermiş yol qəzasında 11 nəfər yanaraq ölüb

Tailandda baş vermiş yol qəzasında 11 nəfər yanaraq ölüb Tailandda baş vermiş yol qəzasında 11 nəfər ölüb
Hadisə
11 İyun , 2016 06:20
Tailandda baş vermiş yol qəzasında 11 nəfər yanaraq ölüb

Bakı. 11 iyun. REPORT.AZ/ Tailandda baş vermiş ağır yol qəzasında 11 nəfər yanaraq ölüb. 

"Report"un məlumatına görə, hadisə Çonburi vilayətində baş verib. Məlumata görə, sərnişin avtobusu yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, qəzaya səbəb avtobusun təkərinin partlaması olub. Avtobus yoldan çıxaraq aşıb.

"On bir sərnişin avtobusdan çıxa bilməyib və maşın alışıb" – deyə vilayət polisi bildirib.

Qəza zamanı xəsarət almış 4 nəfər xəstəxanaya çatdırılıb. Bütün sərnişinlərin Tailand sakini olduğu bildirilir.  

Son xəbərlər

Orphus sistemi