Tacikistan prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Tacikistan prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir 2022-ci il dekabrın 15-də Azərbaycan və Tacikistan Respublikasının Baş Prokurorluqları arasında imzalanmış “2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Hadisə
16 İyul , 2024 17:01
Tacikistan prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

2022-ci il dekabrın 15-də Azərbaycan və Tacikistan Respublikasının Baş Prokurorluqları arasında imzalanmış “2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə Tacikistan prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 16-da Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşərək bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirməklə, tarixən xalqlarımız arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, ölkə başçılarının siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyini vurğulayıb.

Tacikistan Baş Prokurorluğunun nümayəndə heyəti üzvləri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd ediblər.

Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində “Prokurorluqda cinayət təqibindən kənar icraatların xüsusiyyətləri” mövzusunda seminar keçirilərək hər iki prokurorluğun əməkdaşları təqdimatlarla çıxış ediblər. Seminar zamanı cinayət təqibindən kənar icraatlar sahəsində Azərbaycan Prokurorluğunun fəaliyyəti barədə geniş məlumat verilərək faydalı təcrübə mübadiləsi aparılıb.

Tacikistanlı prokurorlar Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Zəfər muzeyi ilə tanış olublar. Nümayəndə heyətinin Azərbaycan səfəri davam edir.

Son xəbərlər

Orphus sistemi