Yuxarı

Tovuz sakinindən narkotik vasitə aşkarlanıb

T​ovuz sakinindən narkotik vasitə aşkarlanıb

Rəhman Cəfərov

DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Stansiya Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqda şübhəli bilinən, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Rəhman Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen kisədən yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi