Bakı. 15 aprel. REPORT.AZ/ Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində yerləşən Energetika pansionatında qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Hüseynov Qorxmaz Fuad oğlu naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları onun kim və ya kimlər tərəfindən bıçaqlandığını araşdırır.