Şüvəlan çimərliyində FHN-in mühafizə postu yaradılıb

Şüvəlan çimərliyində FHN-in mühafizə postu yaradılıb Məqsəd bədbəxt hadisələrin qarşısını almaqdır
Hadisə
8 İyul , 2015 13:10
Şüvəlan çimərliyində FHN-in mühafizə postu yaradılıb

Bakı. 8 iyul. REPORT.AZ/ Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəniz sahilində Fövqəladə Hallar Nazirliyi (FHN) mühafizə postu yaradıb. Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Məlumatda bildirilib ki, postun yaradılmasında məqsəd çimmək üçün qadağan olunan ərazidə bədbəxt hadisələrin qarşısını almaqdır. Mühafizəçilər həmin ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırıb və göstərilən əraziyə daxil olmalarının qarşısını alıblar.

Son xəbərlər

Orphus sistemi