Şuşada ağır yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb
Hadisə
- 09 noyabr, 2023
- 19:43
Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb.
"Report"un məlumatına görə, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb.
Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.
Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Son xəbərlər
06:43
İrandakı vəziyyət aviaşirkətləri çökdürüb
Biznes06:11
ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir
Digər ölkələr05:50
Çin rəqəmsal yuan şəbəkəsini genişləndirir
Digər ölkələr05:25
Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb
Digər ölkələr05:13
"NBC News": Tramp ABŞ qoşunlarının İrana məhdud şəkildə yerləşdirilməsi məsələsini nəzərdən keçirir
Digər ölkələr04:46
Foto
Azərbaycan səfirliyində minaların qalıqlarından hazırlanan kürəklə ağ qızılgül əkilib
Xarici siyasət04:18
Bundesver hərbçilərinin həyatı ilə oynayır
Digər ölkələr03:45
Panama kanalında tıxac yaranıb
Digər ölkələr03:17