Sürücüdən narkotik vasitə tapıldı
Hadisə
- 19 iyul, 2021
- 12:14
Şübhəli hərəkətlər edən sürücüdən narkotik vasitə aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Vaz 2106” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər. Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Salayev olduğu müəyyən edilib. Avtomobilə keçirilən baxış zamanı əl çantasından 1 bükümdə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitənin izləri olan 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:54
İndoneziyada yanğın səbəbindən milli park bağlanıb
Digər ölkələr07:09
Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
Region06:36
Səudiyyə Ərəbistanının "Aramco" neft-qaz şirkətinə aid obyektdə yanğın baş verib
Digər ölkələr06:10
Vaşinqtonda meşə yanğınlarının mənzil fonduna vurduğu ziyanın həcmi açıqlanıb
Digər ölkələr05:51
Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
Digər ölkələr05:07
Siciliya sahillərində içində amfora olan qədim gəmi aşkar edilib
Maraqlı04:48
Türkiyədə baş verən qəzada üç nəfər ölüb
Region04:11
Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr03:42