Sürücü törətdiyi qəzada ağır yaralandı

Sürücü törətdiyi qəzada ağır yaralandı Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
31 İyul , 2020 19:33
Sürücü törətdiyi qəzada ağır yaralandı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Təzəkənd kənd sakini, 1989-cu il təvəllüdlü Anar Hacıyev idarə etdiyi "VAZ 21010" markalı avtomobili yolun kənarına aşırıb.

Yaralı ağır vəziyyətdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Daha sonra müalicəsini davam etdirmək üçün Biləsuvar rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi