Neftçalada sürücü sükan arxasında ölüb - YENİLƏNİB

Neftçalada sürücü sükan arxasında ölüb - YENİLƏNİB Neftçala rayonunda sürücü sükan arxasında ölüb.
Hadisə
16 Sentyabr , 2019 17:50
Neftçalada sürücü sükan arxasında ölüb - YENİLƏNİB
google.az

Neftçala rayonunda sürücü sükan arxasında ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, Astara rayon sakini, 1952-ci il təvəllüdlü Cəfərov Əliağa Hacıbaba oğlu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən sükan arxasında ürəktutmadan dünyasını dəyişib. Nəticədə avtomobil yolun kənarına aşıb, sürücünün avtomobildə olan həyat yoldaşı xəsarət alıb. Meyit müayinə olunmaq üçün Cəlilabad rayonundakı “morqa” aparılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 15:59

Neftçala rayonunda avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü ölüb və avtomobildə olan sərnişin, sürcünün arvadı siə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Son xəbərlər

Orphus sistemi