Suriyada döyüşməkdə təqsirləndirilənlərin məhkəmə istintaqı başa çatıb

Suriyada döyüşməkdə təqsirləndirilənlərin məhkəmə istintaqı başa çatıb Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hadisə
27 Noyabr , 2019 12:19
Suriyada döyüşməkdə təqsirləndirilənlərin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan AslanovBilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 5-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər.

Hər iki şəxs 2019-cu ildə həbs edilib.

Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.

Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi