​Suriyada döyüşən azərbaycanlıların apellyasiya şikayəti təmin edilməyib

​Suriyada döyüşən azərbaycanlıların apellyasiya şikayəti təmin edilməyib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb
Hadisə
26 Aprel , 2016 09:12
​Suriyada döyüşən azərbaycanlıların apellyasiya şikayəti təmin edilməyib

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Bəxtiyar İmriz oğlu Şahbazi, Bəhruz Bəxtiyar oğlu Şahbazi və Sadiq Yadigar oğlu Məhəmmədzadə barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, keçən ilin yanvar ayında hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə saxlanılıb. Müəyyən edilib ki, həmin şəxslər 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu silahdan isitfadə qaydalarını öyrəniblər. Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər.

Avqust ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Şahbazi Bəxtiyar 14 il, Şahbazi Bəhruz 12 il və Məhəmmədzadə Sadiq 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi