Suraxanıda yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb
Hadisə
- 14 oktyabr, 2017
- 04:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, ağır vəziyyətdə olan yaralı gecə saatlarında "təcili yardım" maşını vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.
Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan 51 yaşlı Reyhan Əbülfət qızı Məmmədova dərhal əməliyyat olunub.
Zərərçəkmiş qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını desə də, müayinə zamanı onun bıçaqlandığı məlum olub.
Müəyyən edilib ki, R.Məmmədova Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ailə münaqişəsi zəminində tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsində araşdırma aparılır.
Son xəbərlər
18:14
Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başlayıb
Digər ölkələr
18:09
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
Futbol
18:08
Foto
Video
"Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib
Hərbi
18:06
"Sabah"ın futbolçusu Rəhman Daşdəmirov: "Slaviya"nı yaxşı təhlil etmişik"
Futbol
18:00
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Sosial müdafiə
17:58
Foto
Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib
İnfrastruktur
17:55
"Arsenal"ın iki futbolçusu zədələnib
Futbol
17:52
Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
Sağlamlıq
17:51
Xankəndiyə investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb
Maliyyə