Suraxanıda yaşayış binasının yanında daş sexi işləyir

Suraxanıda yaşayış binasının yanında daş sexi işləyir Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 93 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ətrafda olan ağlay üzlük daşları sexindən şikayətçidir.
Hadisə
31 Avqust , 2020 16:58
Suraxanıda yaşayış binasının yanında daş sexi işləyir

Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 93 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ətrafda olan ağlay üzlük daşları sexindən şikayətçidir.

Sakinlər “Report”a bildirib ki, binanın həyətinə yaxın ərazidə yerləşən sex səhər saatlarından başlayaraq gecə yarısına kimi narahatedici səs yaratmaqla yanaşı, ətrafa tozun yayılmasına səbəb olur.

Bina sakinləri komendantına bununla bağlı dəfələrlə iradlarını bildirsələr də, cavab olaraq obyektin əraziyə daxil olmadığını əsas gətirərək problemin həll olunmasından boyun qaçırıblar.

Sakinlər evdə yaşlı insanların, uşaqların olduğunu və səsin, tozun onları narahat etdiyini bildirirlər. Hətta ötən gecə daş sexinin işçiləri fəaliyyətlərini saat 00:06 radələrində bərpa ediblər. Yalnız sakinlərin ciddi narazılığından sonra səs-küylü iş dayandırılıb. Lakin hazırda yenə də sex işini davam etdirir.

Daş sexinin fəhlələri yeni-yeni sifarişlər aldıqlarını və sifarişləri çatdırmalı olduqlarını söyləyərək vətəndaşları narahat etməkdə davam edirlər.

Qeyd edək ki, ərazidə bir neçə belə daş sexi mövcuddur.

Son xəbərlər

Orphus sistemi