Suraxanıda sürücü yaşlı qadını maşınla vuraraq qaçıb

Hadisə
  • 26 iyul, 2019
  • 21:29
Suraxanıda sürücü yaşlı qadını maşınla vuraraq qaçıb

Paytaxtın Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü Gülsənəm Ovçuyeva Hövsan qəsəbəsində yolu keçərkən onu maşın vurub.

Sürücü hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi