Suraxanıda piyadanı maşın vurub

Suraxanıda piyadanı maşın vurub Bakının Suraxanı rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
18 Aprel , 2019 23:53
Suraxanıda piyadanı maşın vurub

Bakının Suraxanı rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Duzlu göl istiqamətində hərəkətdə olan "Ford tranzit" markalı avtomobil 1985-ci il təvəllüdlü Vahid Nuriyevi vurub.

Hadisəni törədən şəxs (adı-soyadı hələ ki, məlum deyil) yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Zərərçəkmiş hazırda döş qəfəsi və kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi