"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın söndürülüb.