Suraxanıda evlərdən oğurluq edənlər saxlanılıb - VİDEO

Suraxanıda evlərdən oğurluq edənlər saxlanılıb - VİDEO Paytaxtın Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Hadisə
131
30 Aprel , 2021 11:35
Suraxanıda evlərdən oğurluq edənlər saxlanılıb - VİDEO

Paytaxtın Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Raqif Nuriyev saxlanılıb. Onun ayrı-ayrı vaxtlarda Hövsan və Binə qəsəbələrində yük maşınlarının ehtiyat hissələrini oğurladığı məlum olub. Raqif Nuriyevin zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində yeni tikilməkdə olan evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı Bakı şəhər sakinləri Mirağa Seyidov, Seymur Nağıyev Hüseyn İsmayılov və Həsən Gəncəliyev tutularaq istintaqa təqdim olunublar. Onların Suraxanı rayonunun əsasən Hövsan qəsəbəsində yeni tikilməkdə olan 10-a yaxın evdən məişət və tikinti əşyaları oğurladıqları məlum olub. Bu şəxslərin ev sahiblərinə ümumilikdə 15 min manat yaxın maddi ziyan vurduqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi