Suraxanıda avtomobildən oğurluq edilib

Suraxanıda avtomobildən oğurluq edilib ​​​​​​​Suraxanı rayonunda avtomobildən mobil telefon və videoqeydiyyat qurğusu oğurlanıb
Hadisə
26 Mart , 2021 12:57
Suraxanıda avtomobildən oğurluq edilib

Suraxanı rayonunda avtomobildən mobil telefon və videoqeydiyyat qurğusu oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində martın 24-də rayon ərazisində vətəndaşa məxsus “Hyundai” markalı avtomobildən 1070 manat dəyərində mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi