Suraxanıda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır

Suraxanıda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır
Hadisə
124
1 İyul , 2020 06:19
Suraxanıda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Bülbülə qəsəbəsində yolu keçən 1978-ci il təvəllüdlü Əbilov Emin Güloğlan oğlunu minik avtomobili vurub. O, hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin və baş-beyin əziyi diaqnozları qoyulub. E.Əbilovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov