Suraxanı rayonunda yol qəzası baş verib, xəsarət alan var

Hadisə
  • 28 oktyabr, 2019
  • 20:14
Suraxanı rayonunda yol qəzası baş verib, xəsarət alan var
Foto: "Report"

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı-Hövsan yolunun kəsişməsində qeydə alınıb.

Qəza zamanı "Toyota" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Əsgərova Fəridə Fərman qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun küt travması və sol dizinin əziyi diaqnozu qoyulub.