​Suraxanı rayonunda mənzildə 86 yaşlı şəxsin meyiti tapılıb

​Suraxanı rayonunda mənzildə 86 yaşlı şəxsin meyiti tapılıb 1930-cu il təvəllüdlü Niyazi Osmanovun vəfat etdiyi məlum olub
Hadisə
4 İyul , 2016 01:33
​Suraxanı rayonunda mənzildə 86 yaşlı şəxsin meyiti tapılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Paytaxtın Suraxanı rayonunda ahıl şəxs mənzildə ölmüş vəziyyətdə tapılıb. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Xilasedicilər mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu Osmanovun vəfat etdiyi məlum olub.

Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:32-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi