Suraxanı polisi “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir

Suraxanı polisi “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir.
Hadisə
19 Avqust , 2022 22:23
Suraxanı polisi “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir

Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir.

“Report” Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insanların sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Nəzərə çatdırılıb ki, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlamalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır.

Həmçinin Hövsan-Zığ yolunun Qızılqum qəsəbəsi ərazisindən keçən hissəsində yerüstü piyada keçidinin olmasına baxmayaraq bəzi piyadaların nəqliyyatın intensiv hərəkət etdiyi yoldan keçməsi hallarına da rast gəlinib. Həyatını təhlükəyə atan şəxslərlə polis əməkdaşları izahedici söhbətlər aparıb və onlara mümkün neqativ halın qarşısını almaq məqsədi ilə piyada keçidlərindən istifadə etməkləri tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi